40 marşrut avtobusunun istiqaməti dəyişdirilir - Siyahı

40-marsrut-avtobusunun-istiqameti-deyisdirilir
Oxunma sayı: 3373

Noyabrın 8-də bəzi marşrut avtobuslarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

“8 Noyabr – Zəfər günü ilə əlaqədar saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Buna uyğun olaraq, 40 sayda (E1, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli) marşrutun hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək”, - AYNA-dan bildirilib.