42 yaşlı kişi güllələndi - Həmyerlisi saxlanıldı

42-yasli-kisi-gullelendi
Oxunma sayı: 2101

İyulun 23-də Yevlax rayonunda güllələnmə hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisində olub.

Belə ki, 1984-cü il təvəllüdlü rayon sakini Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.