Bakıda orta məktəblərin birində müəllim vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 16-sı saat 12 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib.
Orada ibtidai sinif müəllimi işləyən qəsəbə sakini 1979-cu il təvəllüdlü Sevda Qismət qızı Həsənovanın halı qəfil pisləşib.
Təcili tibbi yardım çağırılsa da, S. Həsənovanın dünyasını dəyişdiyi məlum olub. İlkin məlumata görə, 46 yaşlı müəllim ürək çatışmazlığından həyatını itirib.
Araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər