Körpəni Kəbənin örtüyünə qaldırdı, tənqid olundu - Video

korpeni-kebenin-ortuyune-qaldirdi-tenqid-olundu
Oxunma sayı: 145

Kəbədə təvaf zamanı azyaşlı körpənin izdiham arasında yuxarı qaldırılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” “Sabah”a istinadla xəbər verir ki, yayılan görüntülərdə təxminən 2-3 aylıq körpənin Kəbənin örtüyünə doğru qaldırıldığı əks olunub.

Ətrafdakı insanlar bu mənzərədən təsirlənərək əllərini göyə açıb dua etsələr də, görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çox istifadəçi azyaşlı körpənin izdihamın arasında həmin formada yuxarı qaldırılmasını təhlükəli hesab edib. Onlar körpənin təhlükəsizliyinin riskə atıldığını bildirərək hadisəni tənqid ediblər.