Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero İtaliyanın “Sampdoriya” klubu ilə müqaviləsini yeniləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayımlanıb.
Bildirilib ki, 18 yaşlı hücumçu ilə 2030-cu il iyunun 30-dək yeni müqavilə imzalanıb. Sözləşmədə klubun istəyi ilə müddətin 2031-ci il iyunun 30-dək uzadılması variantı da nəzərdə tutulub.
Qeyd edək ki, Mezzotero 2008-ci il avqustun 16-da İtaliyanın Monza şəhərində anadan olub. Erkən uşaqlıq illərini Kanadada keçirən futbolçu dörd yaşında futbolla məşğul olmağa başlayıb. 2014-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Lorenzo altı il Azərbaycanda yaşayıb. Onun atası Sercio Mezzotero həmin dövrdə SOCAR-da müqavilə əsasında çalışan italiyalı mühəndis olub.
Gənc hücumçu Bakıda təhsil alıb və ilk ciddi futbol hazırlığını da burada keçib. 2020-ci ildə atasının SOCAR-la müqaviləsi başa çatdıqdan sonra ailə İtaliyaya qayıdıb. Mezzotero daha sonra Azərbaycan millisində çıxış etmək üçün sənədləşmə prosesinə başlayıb. Futbolçunun sözlərinə görə, proses uzun çəksə də, AFFA-nın köməyi ilə məsələ həllini tapıb. 2026-cı ilin mayına qədər bütün zəruri prosedurlar tamamlanıb və hücumçu Azərbaycanın U-21 millisinə dəvət alıb.
Son xəbərlər
Son Xəbərlər