Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Yeganə Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zamanı vəziyyəti pisləşib.
Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər