50 yaşlı kişi ilə ailə quran qız danışdı - Yenilənib

50-yasli-kisi-ile-aile-quran-qiz-danisdi
Oxunma sayı: 34577

Sosial şəbəkələrdə Gədəbəy rayonunda 50 yaşlı şəxsin 17 yaşlı qızla evlənməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, nikah yaşına çatmayan qız özündən 33 yaş böyük kişi ilə ailə həyatı qurub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə araşdırmalar nəticəsində ailə quran qızın 17 deyil, 23 yaşının olması məlum olub. Bu barədə Gədəbəy rayon Əmiraslanlı kənd icra nümayəndəliyindən bildirilib. Gənc qızla ailə quran 50 yaşlı  şəxs isə Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir. O, bu kənddə qeydiyyatda olsa da, başqa ünvanda daimi yaşayır.

O da məlum olub ki, yeni evlənən kişi daha əvvəl bir neçə dəfə ailəli olub.

***

“Qafqazinfo”ya daxil olan məlumata görə, sosial şəbəkələrdə görüntüləri yayılan və gənc qızla evləndiyi bildirilən şəxs 1971-ci il təvəllüdlüdür. O, uzun müddətdir Rusiyada yaşayır və orada biznes fəaliyyəti göstərir. Nikaha daxil olan 23 yaşlı qız isə Bakı şəhər Nərimanov rayon qeydiyyatındadır.

***

Nikaha daxil olan qız ATV kanalında "Bizimləsən" verilişinə canlı yayımda telefonla qoşularaq 18 yaşı olduğunu bildirib. O, görüntülərini yayan şəxsləri məhkəməyə verəcəyini bildirib.