50 yaşlı kişini maşın vurub öldürdü

50-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 798

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2001-ci il təvəllüdlü Ə.Səmədli “AzSamand” markalı avtomobillə yolu keçən piyada 1976-cı il təvəllüdlü Məlikov Hikmət Orucəli oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.