51 yaşlı kişinin meyiti həyətindəki quyudan tapıldı

51-yasli-kisinin-meyiti-heyetindeki-quyudan-tapildi
Oxunma sayı: 741

Paytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1975-ci il təvəllüdlü Cabbarzadə Sərvər Süleyman oğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.