Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətlərin statistikası açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.
- Daxil olan 4132 müraciətdən 3618 müraciətə baxılıb (87%).
- Qanunvericiliyə zidd 53 bələdiyyə aktının hamısı ləğv edilib.
- 310 müraciət növbəti ilə qalıq keçib (8%).
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 1698 aktdan 697-si ləğv edilib, 950-si dəyişdirilib, 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 təklif isə növbəti ilə qalıq keçib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər