55 yaşlı sürücü sükan arxasında öldü

55-yasli-surucu-sukan-arxasinda-oldu
Oxunma sayı: 1329

Gəncədə sürücü sükan arxasında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 16-sı saat 09 radələrində baş verib.

Şəhər ərazisində 1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi “VAZ 2106” markalı 10-ES-234 nömrə nişanlı avtomobildə infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.