“6000-in 6000-ə” formatında meyitlərin qaytarılması razılaşdırıldı

6000-in-6000-e-formatinda-meyitlerin-qaytarilmasi-razilasdirildi
Oxunma sayı: 2273

İstanbulda keçirilən danışıqların ikinci raundunda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında əsirlərin yeni mübadiləsinə dair razılıq əldə olunub.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna nümayəndə heyətinin rəhbəri, ölkənin müdafiə naziri Rustem Umerov məlumat verib.

“Müharibə əsirlərinin azad edilməsi məsələsində biz rəqəmlərə deyil, konkret kateqoriyalara diqqət yetirməyə razılaşdıq. Bütün ağır yaralı və ağır xəstə hərbi əsirləri dəyişməyə razılaşdıq. İkinci kateqoriya 18-25 yaş arası gənc əsgərlərdir. Biz həmçinin “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərini qaytarmağa razılaşdıq”, - o qeyd edib.