61 yaşlı qadını şantaj edib pul aldı

61-yasli-qadini-santaj-edib-pul-aldi
Oxunma sayı: 4198

Gəncədə şantaj edildiyini bildirən 61 yaşlı qadın polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayın 13-də ərizə ilə polisə müraciət edən Sünbül Qəmbərova (şərti) Vüsal adlı şəxsin onu hədələdiyini bildirib.

Şikayətçi qeyd edib ki, həmin şəxs onu mart ayının 7-dən etibarən şantaj edir. Kişinin ondan intim görüntülərini yayacağı hədə-qorxusu ilə 2350 manat pul aldığını bildirən qadın polisin məsələyə müdaxilə etməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.