65 yaşdan yuxarı tənha sakinlərə ərzaq bağlamaları paylanıldı - Fotolar

65-yasdan-yuxari-tenha-sakinlere-erzaq-baglamalari-paylanildi
Oxunma sayı: 1330

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının, qəsəbə nümayəndələrinin, təbliğat qurupunun üzvlərinin iştirakı ilə müxtəlif çeşidli ərzaq bağlamaları və yoluxucu xəstəlikdən qorunmaları üçün gigiyenik vasitələr çatdırılıb.

“Qafqazinfo”nun xəbərinə görə, eyni zamanda sakinlərə koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə də ətraflı məlumat verilib.