65 yaşlı kişi nərdivandan yıxılıb öldü

65-yasli-kisi-nerdivandan-yixilib-oldu
Oxunma sayı: 771

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.  

“Qafqazinfo” xəbər verir ki, rayonun Abbaslı kənd sakini 1961-ci il təvəllüdlü Arzuman Məmmədov yaşadığı evin qarşısında lampanı dəyişmək istəyərkən nərdivandan yıxılıb. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev