70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video

70-minlik-qizil-ogurladigi-evin-sahibinin-godekcesini-geyinib-qacdi
Oxunma sayı: 2014

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.

Xəbəri rus dilində oxuyun: Ограбил дом и ушел в куртке хозяина - ВИДЕО

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. E.Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.