70 yaşlı kişi gəlini və nəvəsini ölümcül yaraladı

70-yasli-kisi-gelini-ve-nevesini-olumcul-yaraladi
Oxunma sayı: 3468

Sumqayıtda 70 yaşlı kişi gəlini və nəvəsini ölümcül şəkildə yaralayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə  şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Polisin keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır.

Amin Nəzərli