Sumqayıtda 8 aylıq hamilə xəstəxanada həyatını itirib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.
Belə ki, 32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-yə çatdırılıb.
O, tibb müəssisəsində qəflətən ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 02:00 radələrində mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub.
“Pasiyentə naməlum mənşəli komatoz vəziyyət, aqonal hal diaqnozları təyin edilib və zəruri tibbi yardım göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 02:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri təşrihin nəticələrindən sonra məlum olacaq”, - açıqlamada qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər