ABB yeni loyallıq proqramı - “Fayda Max”ı təqdim etdi!

abb-yeni-loyalliq-proqrami
Oxunma sayı: 1225

ABB yeni loyallıq proqramı olan “Fayda Max”ı təqdim edib.

Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir.

“Fayda Max” loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki “Sənə özəl” bölməsinə keçid edib “Fayda Max”ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır.

“Fayda Max”a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər.

ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə “Bürünc” mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə “Gümüş” mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə “Qızıl” mərhələyə yüksələ bilərlər.

ABB-də aktiv nağd krediti olmayan müştərilər isə “Bürünc” mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, “Gümüş” mərhələyə çatmaq üçün 500 AZN, “Qızıl” mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır.