Abdulla Gül Tunisə gedəcək

abdulla-gul-tunise-gedecek
Oxunma sayı: 633

"Anadolu" agentliyinin verdiyi xəbərə görə, prezident Gülün səfəri tunisli həmkarı Munsif Merzukinin dəvəti ilə martın 7-də baş tutacaq.

Dövlət başçılarının görüşü zamanı ikitərəfli əlaqələrlə yanaşı, digər regional və beynəlxalq mövzularda da fikir mübadiləsi aparılacaq.

Gül həmçinin Tunis Məclisinin sədri Mustafa Bin Cəfər və Baş nazir Hammadi Cibali ilə görüşəcək və Məclisdə çıxış edəcək.

Abdullah Gülün martın 9-da Türkiyəyə dönməsi planlaşdırılır.

SalamNews