ABŞ-da məhkəmə binası yaxınlığında atışma - Yaralılar var

abs-da-mehkeme-binasi-yaxinliginda-atisma
Oxunma sayı: 660

ABŞ-ın Konnektikut ştatında məhkəmə binası yaxınlığında atışma olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Bricport şəhərində baş verib. Naməlum avtomobildən binanın yanında park edilmiş maşınlara açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin yaxalanması istiqamətində işlər görülür.