ABŞ-da onlayn evlənməyə icazə verildi

abs-da-onlayn-evlenmeye-icaze-verildi
Oxunma sayı: 2958

ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryü Kuomo COVID-19 pandemiyası ilə bağlı sərt karantin müddətində toy mərasimini onlayn formada keçirməyə icazə verib.

"Qafqazinfo" xarici KİV-ə istinadla xəbər verir ki, cütlüklər internet üzərindən ərizə verə bilərlər, dövlət xidmətləri isə mərasimi onlayn şəkildə keçirəcəklər. “Siz indi bunu “Zoom” vasitəsilə edə bilərsiniz. Hə, ya yox?”, - deyə Kuomo brifinqdə bildirib.

Qeyd edək ki, bu qərar koronavirus səbəbindən ştatda məhdudlaşdırıcı tədbirlərin mayın 15-dək uzadılmasından sonra qəbul edilib.