Süni İntellekt Qüvvələri yaratdı

suni-intellekt-quvveleri-yaratdi
Oxunma sayı: 728

ABŞ Prezidenti Donald Tramp birinci prezidentlik müddətində təsis etdiyi Kosmik Qüvvələrin analoqu olaraq Süni İntellekt Qüvvələrinin yaradıldığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.

“Mən nəhəng uğur qazanan Kosmik Qüvvələri yaratdığım kimi, indi də Süni İntellekt Qüvvələrini yaradıram. Yaxın vaxtlarda yeni strukturun rəhbərinin adını açıqlayacağam. Süni intellekt ABŞ ÜDM-nin 25%-dək hissəsini əhatə edə biləcək yeni sənaye inqilabıdır. ABŞ süni intellekt sahəsində Çini və digər ölkələri üstələyir və bu üstünlüyü qoruyub saxlamaq niyyətindədir”.

Bununla belə, o, söhbətin ABŞ Silahlı Qüvvələrinin yeni qoşun növündən, yoxsa başqa bir dövlət strukturundan getdiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan öncə Tramp “süni intellekt” terminini bəyənmədiyini bildirərək üç alternativ ad təklif etmiş və bu variantları “Truth Social”da səsverməyə çıxarmışdı. Amerika lideri texnologiyanı “ali intellekt”, “ekstremal intellekt” və ya “mütləq intellekt” adlandırmağı təklif etmişdi.