Trendyol Super Liqasının 6-cı həftəsində “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı darmadağın edib.
“Qafqazinfo” xəbər verir ki, Qara dəniz təmsilçisi Məhəmməd Salahın het-trik etdiyi matçda 4:0 hesablı parlaq qələbə qazanıb.
“Bordo-mavililərin” digər qolunu isə Noa Saviolo öz aktivinə yazdırıb. “Qalatasaray”da isə Lesli Uqoçukvu qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu qələbə ilə “Trabzonspor” xallarının sayını 10-a çatdıraraq matç çoxluğu ilə 5-ci pilləyə yüksəlib. Liqada ilk məğlubiyyətini alan “Qalatasaray” isə 13 xalda qalıb.
Qeyd edək ki, növbəti turda “Qalatasaray” öz evində “Kasımpaşa”nı qəbul edəcək, “Trabzonspor” isə səfərdə “Samsunspor”un qonağı olacaq.
Son xəbərlər
Son Xəbərlər