ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

abs-daha-bir-gemini-vurdu
Oxunma sayı: 1627

ABŞ Sakit okeanda daha bir gəmini vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Cənub Komandanlığı bir gəmiyə ölümcül zərbə endirib.

“Kəşfiyyat məlumatları gəminin Şərqi Sakit Okeanda tanınmış narkotik marşrutları boyunca hərəkət etdiyini və narkotik əməliyyatlarında iştirak etdiyini təsdiqləyib. Hücum nəticəsində iki şəxs zərərsizləşdirilib, bir nəfər isə sağ qalıb.

Əməliyyatdan dərhal sonra komandanlıq ABŞ Sahil Mühafizəsinə məlumat verərək, sağ qalan şəxsin axtarış və xilasetmə əməliyyatlarını başlatmasını təmin edib”, - məlumatda deyilir.