ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

abs-daha-bir-gemini-vurdu
Oxunma sayı: 1204

ABŞ Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat məlumatları gəminin narkotrafik üçün istifadə olunduğunu təsdiqləyib.

Hücum nəticəsində üç nəfər zərərsizləşdirilib.

Qeyd edilib ki, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.