ABŞ-də İsrail və Livan arasında danışıqlar yekunlaşdı - Yenilənib

abs-de-israil-ve-livan-arasinda-danisiqlar-yekunlasdi
Oxunma sayı: 1325

İsrail və Livan arasındakı münaqişənin həlli ilə bağlı ABŞ Dövlət Departamentində rəsmi danışıqlar başlayıb.

“Qafqazinfo” “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, Amerika nümayəndə heyətinə ABŞ Dövlət katibi Marko Rubio, ABŞ-nin Beyrutdakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidham daxildir.

İsrail və Livan nümayəndə heyətlərinə isə müvafiq olaraq səfirlər Yeçiel Leyter və Nada Hamada Moavad rəhbərlik edirlər.

Xatırladaq ki, aprelin 7-də ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edilsə də, bu razılaşma Livana şamil olunmamışdı.

Qeyd edək ki, bundan əvvəl Livan ordusu “Hizbullah”ın tərksilah edilməsi tələblərinə qarşı çıxdığını bəyan etmişdi.

***

Vaşinqtondakı danışıqlar təxminən ikisaatlıq müzakirələrdən sonra başa çatıb.