“PlayStation Network” sistemində kütləvi nasazlıq - “GTA VI” oyun dünyasını çökdürdü

playstation-network-sisteminde-kutlevi-nasazliq
Oxunma sayı: 136

“Grand Theft Auto VI” (GTA VI) oyununun satışa çıxması ərəfəsində “PlayStation Network” (PSN) şəbəkəsinin fəaliyyətində kütləvi nasazlıqlar qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə internet xidmətlərində yaranan problemləri izləyən “Downdetector” portalı məlumat yayıb.

Bildirilib ki, nasazlıqlarla bağlı ilk şikayətlər Bakı vaxtı ilə saat 22:12-də, GTA VI-nın Hindistan regionunda istifadəyə verildiyi vaxt daxil olmağa başlayıb.

Xidmətin məlumatına görə, ən çox şikayət Almaniyadan daxil olub. Bu ölkədə 6,8 mindən çox istifadəçi problemlə üzləşib. Fransada 3,3 min, Niderlandda 2,5 min, ABŞ-də isə təxminən 900 nasazlıq barədə məlumat verilib. İstifadəçilər əsasən serverlərə qoşulma, hesablara giriş və oyunların işləməsi ilə bağlı çətinliklərdən şikayətlənirlər.

Qeyd edək ki, GTA VI-nın çıxışı ərəfəsində “PlayStation” konsollarına tələbatın kəskin artdığı da bildirilir. Eyni zamanda, noyabrın 18-də ölkədə restoranlardan hazır yemək sifarişlərinin sayı adi çərşənbə günləri ilə müqayisədə 23 faiz yüksəlib.