“Xankəndi” doğma meydanda ilk oyununa çıxır

xankendi-dogma-meydanda-ilk-oyununa-cixir
Oxunma sayı: 211

Bu gün Azərbaycan 1-ci liqasında 8-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.

Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olacaq. “Xankəndi” klubu doğma şəhərindəki ilk oyununda “Karvan-Yevlax”ı qəbul edəcək.

Xankəndi şəhər stadionunda ilk matç saat 16:00-da başlayacaq.

19 noyabr 

14:00. MOİK – “Səbail”

Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov

Binə qəsəbə stadionu

14:30. “Mingəçevir” – “Baku Sportinq”

Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

16:00. “Xankəndi” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev

Xankəndi şəhər stadionu