İlk üçtərəfli görüşün vaxtı və yeri açıqlandı

ilk-ucterefli-gorusun-vaxti-ve-yeri-aciqlandi
Oxunma sayı: 106

Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında baş tutacaq ilk üçtərəfli görüş yerli vaxtla saat 14:30-a (Bakı vaxtı ilə saat 10:30) planlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilir ki, tarixi görüş Çinin Şençjen şəhərində, Qilin dağının ətəyində yerləşən “Qilin Şançjuanq” Dövlət Qonaq Evində keçiriləcək.

Xatırladaq ki, bir gün əvvəl Rusiya və Çin liderləri arasında geniş tərkibli ikitərəfli danışıqlar da məhz bu məkanda baş tutub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, sammit tərkibi artıq razılaşdırılmış nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək və hazırda yekun kommünikenin mətni üzərində iş aparılır.

Müddəti dövlət başçıları tərəfindən müəyyən ediləcək görüşdə dünyada kəskinləşən münaqişələr, böyük güclər arasında münasibətlərin tənzimlənməsi və bu əlaqələrin qlobal təhlükəsizliyə təsiri kimi mühüm məsələlərin müzakirə olunacağı gözlənilir. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən sonra Vladimir Putinin jurnalistlər üçün mətbuat konfransı keçirməsi planlaşdırılır.