Perinatal Mərkəzin aqibəti necə olacaq? - “Yanan mərtəbədə hər şey abaddır” - Video

perinatal-merkezin-aqibeti-nece-olacaq
Oxunma sayı: 199

Respublika Perinatal Mərkəzinin qapıları iki ildir ki, bağlıdır.

“Qafqazinfo” xəbər verir ki, minlərlə ailə məhz bu Mərkəzdə övladına qovuşub.

Bu il təmir olunması gözlənilən tibb müəsssəsində hələ də daş üstünə daş qoyulmayıb.

Ətrafda çalışanlar bildiriblər ki, xəstəxanada yalnız birinci mərtəbədə şöbələrdən birinin fəaliyyəti bərpa olunub.

Kamera qarşısında görünmək istəməyən əməkdaş qeyd edib ki, Perinatal Mərkəzin inzibati şöbəsi fəaliyyətini bərpa edib.

“Əvvəl 4-cü mərtəbədə təmirə başladılar. Sonra dedilər ki, bununla kifayətlənmək mümkün deyil, bütöv sistem dəyişməlidir. Yanan mərtəbədə hər şey abaddır”.

Səhiyyə Nazirliyi və TƏBİB-dən bildirildi ki, Mərkəzin taleyi heç onların özünə də məlum deyil.

Daha ətraflı Xəzər TV-nin süjetində: