Rusiya, Çin və İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranda yoxlama fəaliyyətini bərpa etməsi üçün hərbi əməliyyatların tam dayandırılmasını tələb ediblər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə üç ölkənin AEBA-nın İdarəçilər Şurasının iclasında səsləndirilən birgə bəyanatında bildirilib.
Qeyd olunub ki, agentliyin İranda yoxlamaları bərpa etməsi yalnız hərbi əməliyyatların tam dayandırılması, yeni hücum təhlükələrinin aradan qaldırılması və bu cür hücumların təkrarlanmayacağına dair etibarlı təminatların verilməsi halında mümkündür.
Xatırladaq ki, sentyabrın sonunda AEBA-nın baş direktoru Rafael Qrossi ABŞ və İran arasında hələlik tammiqyaslı danışıqların aparılmadığını, yalnız qeyri-rəsmi təmasların mövcud olduğunu açıqlamışdı.
Bundan əvvəl isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi ABŞ-nin İranla müharibəni davam etdirmək üçün müxtəlif ssenarilər hazırladığını iddia etmişdi.
Son xəbərlər
Son Xəbərlər