“Zəngli saatı beş dəqiqə ertələyib yenidən yatmaq vərdişi səhəri daha da ağırlaşdırır. İnsan əlavə istirahət əvəzinə kəsik-kəsik yuxu alır və nəticədə özünü əzgin hiss edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinov bildirib.
Mütəxəssisin sözlərinə görə, daimi oyanmalar və təkrar yuxuya getmək orqanizmin gecə istirahətini normal şəkildə başa vurmasına mane olur. Nəticədə insan gücünü bərpa etməyə macal tapmır, səhər oyanmaq çətinləşir və o, artıq yorğun halda yuxudan durur.
P. Kudinov bu vərdişdən qurtulmaq üçün telefonu və ya zəngli saatı çarpayıdan uzağa, məsələn, otağın digər küncünə qoymağı tövsiyə edib:
“Bu zaman siqnalı söndürmək üçün ayağa qalxıb bir neçə addım atmaq lazım gələcək. Həmin hərəkət hər beş dəqiqədən bir səthi yuxuya qayıtmağın qarşısını alaraq tam oyanmağa kömək edəcək”.
Son xəbərlər
Son Xəbərlər