Los-Anceles polisi amerikalı rejissor Rob Raynerin və həyat yoldaşı Mişel Raynerin qətlində şübhəli bilinən oğlu Nik Rayneri saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC7” telekanalı məlumat yayıb.
Rejissorun 32 yaşlı oğlunun hazırda həbsdə olduğu bildirilir. Məhkəmə onun azad edilməsi üçün 4 milyon dollar məbləğində zamin tələb edib. Nik Raynerə ağır cinayət törətmə ittihamı irəli sürülüb.
Xatırladaq ki, tanınmış rejissor və onun həyat yoldaşı ötən gün Los-Ancelesdəki evlərində ölü vəziyyətdə tapılıb. Hər iki şəxsin bədənində çoxsaylı kəsilmiş bıçaq yaraları aşkarlanıb. Bundan əlavə, evdə baş verən yanğın səbəbindən cəsədlərin tanınması çətinləşib.
Qeyd edək ki, Nik Raynerin uzun illər narkotik asılılığından əziyyət çəkdiyi və evsiz həyat tərzi keçirdiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər