ABŞ-İran müharibəsi bu çərəzin qiymətini - Artırdı

abs-iran-muharibesi-bu-cerezin-qiymetini
Oxunma sayı: 1854

Dünya bazarlarında püstənin qiyməti son səkkiz ilin maksimumuna - hər funt (təxminən 0,454 qr) üçün 4,57 dollara (təxminən 7,76 AZN) çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri “Expana Markets”ə istinadən məlumat yayıb.

Məlumata görə, cərəzin qiymətinin artması ABŞ-İran münaqişəsinin fonunda baş verib.

Bildirilir ki, püstə ixracında dünya ikincisi olan İran tədarük olunan məhsulun üçdə birini təmin edir. İranda 2025-ci ildə gözləniləndən az məhsul yığımı və daxili siyasi qeyri-sabitlik hələ münaqişədən əvvəl bu məhsulun qiymətində artıma səbəb olub. Məhsulun bahalaşmasına səbəb olan digər amil kimi içi püstəli Dubay şokoladının populyarlığının kəskin artması göstərilir.