“ABŞ İranda müvəqqəti hökumətin qurulmasını müzakirə edir”

abs-iranda-muveqqeti-hokumetin-qurulmasini-muzakire-edir
Oxunma sayı: 943

“ABŞ administrasiyası İranda müvəqqəti hökumətin formalaşdırılması məsələsi ilə məşğul olur”. 

“Qafqazinfo” xəbər verir ki, “The National” qəzeti bu təşəbbüslə yaxından tanış olan mənbəyə istinadən məlumat yayıb. 

“İranda mövcud rejimə alternativ tapmaq üçün prezidentin (ABŞ Prezidenti Donald Tramp - red.) kürəkəni Cared Kuşner prosesə birbaşa cəlb olunub. O, İranda rejimin çökməsi halında ölkənin idarə olunmasına kömək edəcək hər hansı keçid strukturunun formalaşdırılmasında məsləhətlər vermələri üçün İran-ABŞ biznes liderləri qrupunu toplamağa kömək edir” - nəşr qeyd edib.

Mənbənin məlumatına görə, ABŞ administrasiyası İran müxalifətinin nümayəndələrini Palm Biç şəhərciyində (Florida ştatı) bir araya gətirmək niyyətindədir. Görüşün artıq bu həftəsonu keçiriləcəyi gözlənilir. 

Ağ Ev bu məlumatı şərh etməyib. 

Xatırladaq ki, Omanın paylaxtı Məsqətdə ABŞ və İran arasında nüvə danışıqları keçirilir. Danışıqlarda İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Araqçı, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Steven Uitkoff rəhbərlik edir.