“ABŞ-nin münasibətlərimizə qarışmağa haqqı yoxdur”

abs-nin-munasibetlerimize-qarismaga-haqqi-yoxdur
Oxunma sayı: 2331

“ABŞ-nin İran və Azərbaycan münasibətlərinə qarışmaq haqqı yoxdur”.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu İran XİN sözçüsü Nasir Kənani deyib.

“Amerikalılar regionun məsələlərinə müdaxilə etməkdən əl çəksinlər, böyük danışırlar”, - deyə o bildirib.

Qeyd edək ki, Vaşinqton İranla Azərbaycan arasında imzalanmış dəhliz anlaşmasını da hədəfə alıb. Blinkenin köməkçisi Ceyms Obrayn Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməkdə ittiham edib. Halbuki indiyədək ABŞ-nin regional siyasətinə zərbəni Ermənistan vurub, Azərbaycan yox.