ABŞ nümayəndə heyəti Azərbaycanda səfərdədir

abs-numayende-heyeti-azerbaycanda-seferdedir
Oxunma sayı: 1258

ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coşua Hak və Avropa üzrə baş müşaviri Vayatt Tölken Azərbaycanda səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi sosial şəbəkə hesablarında paylaşıb. 

“Nümayəndə heyəti Azərbaycana yüksəksəviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib”, - deyə məlumatda qeyd olunub.