“ABŞ olmasaydı, hamınız almanca və yaponca danışardınız”

abs-olmasaydi-haminiz-almanca-ve-yaponca-danisardiniz
Oxunma sayı: 1014

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Avropa müttəfiqlərini hədəf alan növbəti qalmaqallı bəyanatlarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp İkinci Dünya müharibəsində Amerikanın rolunu xatırladaraq zaldakı liderlərə sərt xəbərdarlıq edib.

“Biz müharibəni qazandıq və bunu möhtəşəm şəkildə etdik. ABŞ olmasaydı, indi hamınız almanca və yaxud bəlkə də bir az yaponca danışardınız”, – deyə o, söyləyib.

Ağ Ev rəhbəri həmçinin Amerikanı “planetin iqtisadi mühərriki” adlandıraraq, digər ölkələrin yalnız ABŞ-nin iqtisadi yüksəlişi sayəsində inkişaf etdiyini bildirib. O, Avropanın hazırkı iqtisadi kursunu tənqid edərək, qitənin yanlış istiqamətdə irəlilədiyini vurğulayıb.

Eyni zamanda, prezident Qrenlandiyanı ələ keçirmək ambisiyalarını yenidən gündəmə gətirərək, bu addımın NATO üçün təhlükə deyil, milli təhlükəsizlik zərurəti olduğunu qeyd edib.