Xalq artisti Röya Ayxan və ifaçı Əkbər Əliyev tərəfindən ifa olunan “Ay qız” mahnısı yutub platformasından silinib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb mahnının plagiat olmasının iddia edilməsidir.
Xalq artistinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, sözügedən əsər orijinal kontentdir və müəllif hüquqları tam şəkildə qanuni əsaslarla qorunur:
“Mahnının “TikTok” və instaqram platformalarında sürətlə yayılması və trendə çevrilməsi dinləyicilər tərəfindən böyük maraqla qarşılandığını bir daha təsdiqləyir.
Hazırda əsassız şikayət səbəbilə video yutub platformasından müvəqqəti olaraq silinib. Bununla əlaqədar tərəfimizdən rəsmi qaydada kontr-notifikasiya (əks-bildiriş) təqdim olunub. Qanunvericiliyə uyğun prosedurlara əsasən, yaxın günlərdə videonun bərpası gözlənilir. Yutubun qaydalarına uyğun olaraq, bu müddətin tamamlanmasını gözləmək məcburiyyətindəyik.
Qeyd edirik ki, şikayət edən tərəfin bu əsər üzərində hər hansı hüquqi əsası yoxdur və biz bu mövqedə qətiyik”.
Son xəbərlər
Son Xəbərlər