ABŞ Polşaya əlavə 5 min hərbçi göndərir

abs-polsaya-elave-5-min-herbci-gonderir
Oxunma sayı: 224

“Polşaya əlavə 5000 hərbçi göndəririk”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth ” sosial şəbəkəsindəki hesabında yazıb.

Tramp bildirib ki, Karol Navrotski ilə yaxşı münasibətləri fonunda Polşaya əlavə 5000 Amerika hərbçisinin göndərilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl Polşa və Almaniyadakı Amerika hərbçilərinin sayının azaldılması ehtimalını gündəmə gətirmişdi.

Məsələ ilə bağlı açıqlama verən ABŞ Vitse-prezidenti Ceyms Devid Vens isə Polşadakı Amerika qoşunlarının sayının azaldılmadığını, yalnız bəzi bölmələrin yerləşdirilməsinin təxirə salındığını bildirib.

“Biz bütün Amerika qoşunlarının Avropadan çıxarılmasından danışmırıq. Söhbət bəzi resursların ABŞ təhlükəsizliyini maksimum dərəcədə təmin edəcək şəkildə yenidən bölüşdürülməsindən gedir”, – deyə Vens vurğulayıb.