Bakıda kişi həyat yoldaşını marketdə, autizmli övladının gözləri qarşısında döyüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntüləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.
“İllərdir həyat yoldaşının zorakılığına məruz qalan 3 uşaq anası sonuncu dəfə marketdə, insanların və ən kiçik övladının gözləri qarşısında ağır şiddətə məruz qalıb. Xanımın ən kiçik övladı autizm spektrindədir və baş verən hadisənin onun gözləri qarşısında yaşanması vəziyyəti daha da ağırlaşdırıb. Hazırda qadının həyatının təhlükədə olduğu bildirilir. Ən narahatedici məqam isə şiddət göstərən şəxsin hələ də sərbəst şəkildə dolaşmasıdır. Bu qadın və 3 övladı üçün təhlükəsizliyin təmin olunması çox vacibdir. Belə hallarda susmaq və göz yummaq daha böyük faciələrə səbəb ola bilər. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə təxirəsalınmaz şəkildə müdaxilə edəcək və qadının və övladlarının təhlükəsizliyi təmin olunacaq”, - deyə o paylaşımında qeyd edib.
***
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər