ABŞ Qod Nisanov və Mariya Zaxarovaya sanksiya tətbiq etdi

abs-qod-nisanov-ve-mariya-zaxarovaya-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 2275

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə yaxın rus elitasına, onların yaxta və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Ev açıqlama verib.

Açıqlamada ABŞ Maliyyə Nazirliyinin Rusiyanın tanınmış dövlət rəsmiləri və iş adamları ilə yanaşı, Rusiya elitasına aid yaxta və təyyarə kimi dəbdəbəli sərvətlərə qarşı sanksiyalar tətbiq etdiyi bildirilib.

Qeyd olunub ki, Putinin xaricdəki aktivlərini idarə etdiyi iddia edilən Sergey Rolduqin və onun ailə üzvləri sanksiya siyahısına daxil edilənlər arasındadır.

Bundan başqa, Rusiya müdafiə sənayesinə ciddi töhfələr verən Rusiyaya məxsus “United Aircraft Corporation” aviasiya şirkətinin rəhbərləri də sanksiyalara daxil edilib.

ABŞ Dövlət Departamenti yeni sanksiyalar çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daxil olmaqla, Putinə yaxın bəzi rusiyalı oliqarxları hədəfə alıb. Sanksiyaların təsiri altına düşən şəxlər arasında Azərbaycan əsilli iş adamı Qod Nisanov da var.

ABŞ Ticarət Nazirliyi həmçinin Belarus və Rusiyada yerləşən 71 şirkətə ABŞ-dan texnoloji məhsullar almağı qadağan edib.