ABŞ Sakit Okeanda narkotik daşıyan gəmiyə zərbə endirdi - Video

abs-sakit-okeanda-narkotik-dasiyan-gemiye-zerbe-endirdi
Oxunma sayı: 689

ABŞ Ordusu Şərqi Sakit Okeanda narkotik daşıyan gəmiyə zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Bildirilib ki, 5 fevral tarixində bir gəmi üzərində ölümcül kinetik əməliyyat həyata keçirilib.

“Kəşfiyyat məlumatları göstərib ki, gəmi Şərqi Sakit Okean boyunca tanınmış narkotik marşrutlarında hərəkət edirmiş və narkotik daşıma əməliyyatlarında iştirak edirmiş. Əməliyyat nəticəsində iki nəfər zərərsizləşdirilib. ABŞ hərbi qüvvələrinə heç bir zərər dəyməyib”.