Pişiyinin hücumuna məruz qaldı - Fotolar

pisiyinin-hucumuna-meruz-qaldi
Oxunma sayı: 888

Reynmen adı ilə tanınan türkiyəli müğənni Yusuf Aktaş xəstəxanalıq olub.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında paylaşım edib.

Qanlı köynəyini paylaşan müğənninin sözlərinə görə, evində saxladığı pişiyi - “Puma” ilə oynayarkən onun hücumuna məruz qalıb.

Hadisə nəticəsində bədəninin müxtəlif nahiyyələrində xəsarət izləri olan Yusuf Aktaş tibbi müayinələrdən keçib və potensial risklərə qarşı peyvənd olunub.