Xankəndidə kafedə yanğın - İki qadın işçi xəsarət aldı

xankendide-kafede-yangin
Oxunma sayı: 775

Xankəndi şəhərində kafedə yanğın baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən “Turan” kafesində qeydə alınıb.

Yanğın zamanı kafedə çalışan 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Cəfərova Fidan Sücaət qızı yanıq xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı