“Akkord”un binasında yıxılan 22 yaşlı oğlan öldü

akkordun-binasinda-yixilan-22-yasli-oglan-oldu
Oxunma sayı: 855

Bakının Sabunçu rayonunda faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 23-ü saat 01 radələrində Bakıxanov qəsəbə sakini 2004-cü il təvəllüdlü Q.İbrahimov qəsəbənin Yavər Əliyev küçəsində yerləşən “Akkord” yaşayış kompleksindəki binanın pilləkən meydançasının eyvanından yıxılıb.

8-ci mərtəbədən yıxılan gənc hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.