“ABŞ bir neçə ssenari təklif edib” - Zelenski

abs-bir-nece-ssenari-teklif-edib
Oxunma sayı: 466

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika tərəfinin Kiyevə hərbi münaqişəni başa vurmaq üçün bir neçə ssenari təklif etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “TSN” telekanalı məlumat yayıb.

“Dünən sahibkar Cared Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffla söhbətimiz oldu. Görüş imkanlarını və ABŞ tərəfindən münaqişənin bitməsi ilə bağlı bir neçə işlənilmiş planı, ssenarini müzakirə etdik. Onlar bu ideyaları bizimlə bölüşəcəklər. Görüşümüz olacaq, həmin planları həm bizimlə, həm də ruslarla bölüşmək istəyirlər”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında baş tutan 35 dəqiqəlik görüşdə də Rusiya XİN rəhbəri amerikalı həmkarlarına Ukraynadakı cəbhə xəttindəki real vəziyyət barədə məlumat verib və Moskvanın münaqişəni diplomatiya yolu ilə həll etməyə hazır olduğunu bildirib.