ABŞ və Ukrayna sülh planı üzrə irəliləyiş əldə edib

abs-ve-ukrayna-sulh-plani-uzre-irelileyis-elde-edib
Oxunma sayı: 1708

Cenevrədə ABŞ-nin Kiyevə verdiyi sülh planı üzrə Ukrayna tərəfi ilə əsas danışıqlar mərhələsi start götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Nəşr özəl mənbəyə istinadən bildirib ki, ilkin danışıqlar məhsuldar keçib.

Hətta, müzakirələr bəzi sahələrdə razılaşmalarla yekunlaşıb.

ABŞ dövlət katibi Marko Rubio da müzakirələr zamanı irəliləyiş əldə edildiyini bildirib:

“ABŞ və Ukrayna nümayəndə heyətləri hazırda təqdim olunan sülh planı təkliflərini işləyib hazırlayır”.