Abşeron RPİ-yə rəis müavini təyin edildi

abseron-rpi-ye-reis-muavini-teyin-edildi
Oxunma sayı: 13367

Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Vüsal Axundov Abşeron RPİ rəisinin xidmət üzrə müavini təyin edilib.

Qeyd edək ki, 1 ay əvvəl polis polkovniki Musa Musayev Binəqədi RPİ-nin rəisi vəzifəsindən azad edilərək Abşeron RPİ-nin rəisi təyin edilmişdi.

Nizam Rza